18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
17:22 / 14-09-2025
Xankəndidə terrora cəhd edən erməni saxlanılıb, yaralı var
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

15:14 / 12-09-2025

17:29 / 10-09-2025

09:46 / 11-09-2025

23:25 / 09-09-2025

Ali Attestasiya Komissiyasında saxta diplom satırlar
Tarix: 19-07-2023 14:58 | Bölmə: Cəmiyyət

Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir. Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının (AAK) müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi.
Reyting.az xəbər verir ki, bunu “Bakupost” saytı yazıb.
Qeyd olunur ki, bu günlərdə redaksiyaya gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Komissiyanın binası qarşısında piket keçirmək istədiklərini deyiblər. Onlar AAK sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevin və onun əlaltılarının istefasını tələb etmək istəyirlər.
Həmin gənclərin şikayətləri araşdırılan vaxt ölkə mətbuatında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayevin təcili şəkildə ölkəyə qaytarıldığı bildirilib.
Saytın iddiasına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni yoxlamalar aparmaq fikrindədir.
Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir. Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirərək, məsuliyyəti öz üzərindən götürməyə cəhd etdi.
Fəqət iki səbəbə görə, AAK-ın bəyanatı sadəcə, özünüsığortalama, yaxud faktı ört-basdır etmə hesab edilir:
Birincisi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, "hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir". Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvət halları ilə bağlı digər faktların olduğu ehtimalı var.
İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması barədə çoxdan və kifayət qədər geniş informasiyalar dolaşmaqdadır. Bəziləri adi fəlsəfə doktoru adı üçün qiymətin son dövrlərdə 10 min manatdan - 40 min manata qədər qaldırıldığını bildirir. Həm də bu rəqəmləri sadə insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər.
Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə, seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı, bu, təsadüfi faktdır?
Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir. Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncələr ölkə mətbuatı həyacan təbili çalaraq AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və s. sahələrdə də vəziyyətin bu şəkildə olduğu bildirilir.
Gəlin bəzi faktlara müraciət edək!
Tribuna.az saytının hələ 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində deyilirdi:
“AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”. Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmləri dilə gətirərək yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”.
Sözçü.az adlı başqa bir saytda gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi. O, yazırdı: “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdır. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”.
Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini bildirirdi.
Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır və qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar şəkildə bildirirdi. Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, polis rejimini gücləndirir, AAK-ın qapısından içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi.
Son aylar hətta qurumda telefonlara da cavab verilmirdi. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: əgər sənin fəaliyyətin şəffafdılrsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə bağlayırsan?
Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq onun ləğvini təklif etmişdi. Bütün bunlar bir daha göstərir ki, professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi deyil. Əgər bu ilin mart, aprel, iyun aylarında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə və iyul ayında AAK-ın katibi yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə məsuliyyəti öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi”,- də bu şübhələri qüvvətləndirir.
AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində (SDU) çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa Famil Front oğlu Mustafayev cavabdehdir.
Keçək başqa bir fakta. Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək:
“Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adam pulunu verib alim adı alır”.
Yazı konkret fakta söykənir. “Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”.
Kimdir bu Həmidə Qasımova?
Professor yazır: “AAK sədri F. Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun keçmiş katibəsidir”.
Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyənə diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır.
AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənib. AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplom verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina cavabı göndərir. Hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərmək mümküündür. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək.
AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil”,- deyib imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bu, necə olur?(Davamı olacaq)
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:22
Sabah yağış yağacaq
Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var