18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prokurorluqda intihar hadisəsi baş verib - Yenilənib
Tarix: 19-07-2023 23:57 | Bölmə: Cəmiyyət
Prokurorluqda intihar hadisəsi baş verib

Mingəçevir Şəhər Prokurorluğunun binasında intihar hadisəsi baş verib.

Reyting.az
-ın məlumatına görə, şəhər sakini Aslanova Turalə ifadə vermək üçün şəhər prokurorluğuna gəlib. T. Aslanova ifadə verən zaman özünü 2-ci mərtəbədən atıb.

Qadın aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.

***

Baş Prokurorluğun mətbuat xidməti baş vermiş intihar hadisəsinə münasibət bildirib. Qeyd olunur ki, iyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manatının ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.


İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü ataraq ağır bədən xəsarəti alıb.

T. Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər