Dünya Kuboku yarışı öncəsi silahlı hücum olub: ölən və yaralananlar var
Tarix: 20-07-2023 10:03 | Bölmə: Cəmiyyət
Dünya Kuboku yarışı öncəsi silahlı hücum olub: ölən və yaralananlar var

Bu gün Yeni Zelandiyada start götürən qadınlar arasında dünya çempionatı ərəfəsində Oklenddə atışma baş verib.

Reyting.az
xəbər verir ki, ilkin məlumata görə, 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlar arasında bir polis əməkdaşının da olduğu bildirilir.

Yeni Zelandiyanın baş naziri Kris Hipkins hücumun terror aktı olmadığını, qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi davam edəcəyini deyib.

Hücumçunun siyasi və ideoloji motivi ilə bağlı heç bir açıqlama verilməsə də, hücumun ov tüfəngi ilə həyata keçirdiyi bildirilib. Səlahiyyətlilər hücumçunun da öldürüldüyünü qeyd ediblər.

Oklend meri Ueyn Braun deyib ki, bütün FİFA işçiləri və futbol komandaları təhlükəsizdir: “Gözəl şəhərimizdə əvvəllər belə bir şey olmamışdı”.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatının açılış matçı bu gün Oklenddəki Eden Parkda Yeni Zelandiya və Norveç komandaları arasında keçiriləcək.

Doqquzuncu dəfə təşkil edilən qadınlar arasında dünya çempionatına Yeni Zelandiya və Avstraliya ev sahibliyi edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}