19 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya olunub
Tarix: 20-07-2023 13:29 | Bölmə: Cəmiyyət
19 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya olunub

Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rüblük hesabatında bildirilib.

Qeyd olunub ki, ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 10-u yetkinlik yaşına çatmayan, 2-si 18-25 yaş aralığından, 3-ü 26-40 yaş aralığından, 4-ü isə 41-65 yaş aralığındandır.

Ümumilikdə, aprel-iyun ayları ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 12-si qadın, 7-si isə kişi olub.

Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib.

Cari ilin birinci yarısında Gürcüstandan ən çox deportasiya edilənlər Azərbaycan vətəndaşları olublar.(APA)




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}