Müəllimlərin işə qəbulu üçün vakansiya seçimi başlayır
Tarix: 22-07-2023 07:56 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu üçün vakansiya seçimi başlayır

Bu gün saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlayır.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildiriblər.

Əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir.

Namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub.






Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}