18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlər Kabinetinin idarə müdirindən bir milyon manat tələb olunub - Foto
Tarix: 22-07-2023 10:04 | Bölmə: Cəmiyyət
Nazirlər Kabinetinin idarə müdirindən bir milyon manat tələb olunub

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Xələfov Vahid Əlisafa oğlu Hikmət Xəlilovdan külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Hikmət Xəlilov

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun 1 milyon manatdan çox olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər