18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ prezidentinin aşpazının meyiti tapılıb - Foto
Tarix: 25-07-2023 14:07 | Bölmə: Cəmiyyət
ABŞ prezidentinin aşpazının meyiti tapılıb

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın aşpazı Tafari Kempbell Obamaların Massaçusetsdəki evinin yaxınlığındakı Marthas Vineyard gölündə ölü tapılıb.

Reyting.az
-ın məlumatına görə, Massaçusets polisi bildirib ki, bazar günü axşam saatlarında 45 yaşlı aşpaz qayıqla gəzmək üçün adadakı gölə gəlib. Onun itkin düşməsi ilə bağlı xəbərdən sonra bölgəyə gələn dalğıcların axtarış-xilasetmə işləri nəticəsində Kampbellin meyiti dünən səhər Edqartaun gölündə tapılıb.

Polis bildirib ki, Tafari Kempbell boğularaq ölüb.

Hadisə şahidlərindən biri deyib:

“Kampbell suya girdi və suda qalmaq üçün mübarizə apardı, lakin bir müddət sonra batdı”.



Hadisə zamanı Obama cütlüyünün evdə olmadığı bildirilib.

“Biz onunla ilk tanış olanda o, Ağ evdə istedadlı aşpaz köməkçisi idi”,- Barak və Mişel Obamalar bildirib. Qeyd ediblər ki, Kempbell əslində onların ailəsinin üzvü olub: “O, ehtirasla yemək bişirmək və insanları bir araya gətirmək bacarığına malik idi”.

İllər keçdikcə istedadlı aşpazla getdikcə daha yaxın əlaqələr qurduqlarını qeyd edən Obama cütlüyü bu səbəbdən Ağ evdən çıxarkən Tafariyə onlarla birlikdə qalmasını təklif edib və aşpaz da cütlüklə razılaşıb. Obamalar deyiblər ki, Tafari o vaxtdan bəri həyatımızın bir hissəsidir: “Kampbelli itirdiyimiz üçün üzr istəyirik”.

Qeyd edək ki, Ağ evdən sonra Kempbell 8 il Obama cütlüyünün aşpazı olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər