Danimarkada iki gündə ikinci dəfə Quranı yandırıblar - Foto
Tarix: 25-07-2023 19:31 | Bölmə: Cəmiyyət
Danimarkada iki gündə ikinci dəfə Quranı yandırıblar

İfrat sağçı "Danimarka vətənpərvərləri" qrupu Kopenhagen şəhərində müsəlmanların müqəddəs kitabı Quranı yandırmaq üçün iki gün ərzində ardıcıl olaraq ikinci dəfə aksiya keçiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə yerli “Jyllands-Posten” nəşri yazıb.

“Danimarka vətənpərvərləri” iki kiçik aksiya keçiriblər. Aksiya əvvəlcə Misir səfirliyi qarşısında, sonra Türkiyənin Danimarkadakı səfirliyi önündə "İslamın cəhənnəmi olsun!"- şüarı altında Quranı yandırdılar.

Hər iki hərəkət Kopenhagen polisi tərəfindən yaxından izlənilib və ultrasağçılar tərəfindən “Facebook”-da yayımlanıb.

Qeyd edək ki, ötən gün “Danimarka vətənpərvərləri”nin iki üzvü Kopenhagendəki İraq səfirliyinin qarşısında Quran nüsxəsini yandırıblar.



ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}