Avstraliyada 60-dan çox delfin sahilə çıxıb
Tarix: 25-07-2023 22:14 | Bölmə: Cəmiyyət
Avstraliyada 60-dan çox delfin sahilə çıxıb

Qərbi Avstraliyanın cənubundakı çimərlikdə təxminən 60-70 qara delfin sahilə atılıb. Reyting.az xəbər verir ki, bu barədə çərşənbə axşamı regional parklar və vəhşi təbiət xidməti məlumat yayıb.

Bildirilir ki, delfinlərin sahilə atılması Mühafizə və Biomüxtəlifliyin Qorunması Departamenti tərəfindən izlənilir və problemin həllinə köməklik göstərilir.

Hakimiyyət yerli sakinləri çimərlikdən uzaq durmağa çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}