13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
Tarix: 26-07-2023 10:04 | Bölmə: Cəmiyyət
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Gəncədə 20 yaşlı gənc bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq