Polis rəisi vəzifədən azad edilib
Tarix: 26-07-2023 10:52 | Bölmə: Cəmiyyət
Polis rəisi vəzifədən azad edilib

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

Məlumata görə, o, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinə keçirilib.

Qeyd edək ki, ötən ilin avqustunda Ə.Sadıqov ölümlə nəticələnən yol qəzası törətmişdi. Belə ki, polis polkovniki gecə saatlarında "KİA" markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuş və piyada həyatını itirmişdi.(unikal.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}