12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Üç min avtomobilin olduğu gəmidə yanğın davam edir
Tarix: 27-07-2023 09:06 | Bölmə: Cəmiyyət
Üç min avtomobilin olduğu gəmidə yanğın davam edir

Niderland sahillərində yanan bərə-gəminin söndürülməsi bir neçə həftə uzana bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Niderland teleradio korporasiyası (NOS) məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin sahil mühafizə xidməti yük gəmisində başlamış yanğının aradan qaldırılması üzrə işlərin bir neçə gündən üç-dörd həftəyə qədər uzana biləcəyini bəyan edib.

Xatırladaq ki, ötən gecə göyərtəsində 23 ekipaj üzvünün olduğu “Fremantle Highway” yük gəmisində yanğının başlanması barədə SOS siqnalı verilib. Həmin vaxt gəmi Niderlandın Şimal dənizindəki Ameland adasının şimalında yerləşirdi.

Gəminin göyərtəsində Almaniyadan Misirə daşınan 3 mindən çox minik avtomobili var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}