Xaricdə oxuyanlar üçün nəzərdə tutulan imtahanın vaxtı dəyişib
Tarix: 31-07-2023 13:08 | Bölmə: Cəmiyyət
Xaricdə oxuyanlar üçün nəzərdə tutulan imtahanın vaxtı dəyişib

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da keçirməyi planlaşdırdığı müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan texniki səbəblərdən avqustun 1-nə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}