18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək
Tarix: 01-08-2023 10:33 | Bölmə: Cəmiyyət
Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətiriləcək

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək.

Reyting.az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Surət Hüseynovun yaxını bildirib.

Məlumata görə, cənazə Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsindəki evinə aparılacaq və ata-anasının qəbrinin yanında dəfn ediləcək.

Qeyd edək ki, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.

S. Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər