Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb
Tarix: 02-08-2023 10:16 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.


Təhsil İnstitutundan Reyting.az-a bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd olunub ki, 26-31 iyul tarixlərində keçirilən vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Məlumata görə, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}