18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə cinayət işi açılıb
Tarix: 02-08-2023 11:16 | Bölmə: Cəmiyyət
Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə cinayət işi açılıb

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Reyting.az
Yevlax Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər