17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

DİM-in imtahan modelində böyük yanlışlıqlar var - Ekspert
Tarix: 15-10-2018 12:52 | Bölmə: Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin açıqladığı imtahan modeli ilə bağlı müzakirələr davam edir. Cəmiyyətdə geniş müzakirələrə səbəb olan imtahan modelinə 25 ilin ingilis dili müəlliməsi, Təhsil Nazirliyinin dərsliklərin monitorinqi üzrə, eyni zamanda DİM-in 2000-2015-ci illərdə həm test, həm də dərslik komissiyasının eksperti olmuş Mətanət Əhədovanın da özünəməxsus yanaşması var.
Reyting.az saytı Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” Prezident mükafatçısı olan təhsil eksperti M. Əhədovanın müəllifi olduğu məqaləni diqqətinizə çatdırır:
DİM xarici dil fənni üzrə həm 9, həm də 11-ci siniflərdə keçiriləcək imtahan modelini verdi . Bir təhsil eksperti kimi imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallarla üzləşdim. Müəllim və valideyinlərin çoxsaylı müraciətlərini də bura əlavə etsəm aşağıdakı suallarla həm Təsil Nazirliyinə, həm də Dövlər İmtahan Mərkəzinə müraciət edirəm:
1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda (nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda) imtahana dinləyib anlama üzrə tapşırıqların salınması nəyə əsaslanıb? Axı, TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hal-hazırki dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki, yoxdur. Eyni zamanda bütün dəsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür? (DİM-in dərsliklərin monitorinqi üzrə rəyləriindən çıxarışlar əlavədə verilib)
2. Bildirmək istərdim ki, 2012-2015-ci illər ərzində həm Təhsil Nazirliyi, həm də o vaxtkı TQDK-da dərsliklərin müzakirəsi zamanı hal- hazırda işlək olan bütün dərsliklər barədə rəyim mənfi olub, 1-ci, 2-ci, 3-cu və 5-ci sinif dərsliklərini isə ümumiyyətlə tədrisə yararlı hesab etməmişəm. 1-ci sinifdən 8-ci sinifə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini, məzmunun yalnız elə buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini qeyd etmişəm (Bəzi video linkləri əlavədə vermişəm). Həmən illərdə hələ 9-11-ci sinif dərslikləri nəşr olunmamışdı, lakin deyə bilərəm ki, 9-11-ci sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.

M. Əhədova
3. Azərbaycanda 90 faiz məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. (“dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin”,- deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird (həm 9, həm 11-ci siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?
4. Həftədə 1-4-ci siniflərdə cəmi 1 saat, 5-8-ci siniflərdə 3 saat, 9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinifin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual (15-tapşırıq 1-ci mərhələdə, 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?
5. DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarıda da qeyd etdiyim kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan, yaş xüsusiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə iki mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?
6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki, həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?
7. Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmən fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur, müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər, həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil, yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.
8. Oxu , yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə TN nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə, yenə deyəcəklər ki, internetdə milyonlarla vəsait var, açıb etsinlər. Onda sual doğur: DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında. Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur, o ki ola ucqar kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər?
9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə, eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara “testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin”,- deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.
10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı, dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə (və həmən 45 dəqiqədə həm oxu, həm yazı, həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər?
11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar? Valideyinlər elavə müəllimlər tutub (bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır), əlavə xərc çəkib övladlarına Listening (dinləmə) və Reading (Oxu) oyrətməlidirlər?
12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur və TN və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir ? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?
Əlavə: Dövlət İmtahan Mərkəzinin dərsliklərin monitoriqindən siniflər üzrə rəylərdən bəzi çıxarışlar (http://derslik.edu.az/monitoring/ dərslik portalından götürülmüşdür) http://derslik.edu.az
1-ci sinif dərsliyi
Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib (1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.
2-ci sinif dərsliyi
Burada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilmişdir. Lakin audio disk verilmədiyindən, dinləyibanlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmamışdır. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar olaraq digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir.
3-cü sinif dərsliyi
Dərslikdə dinləyib anlama standartları yerinə yetirilməməşdir.
4-cü sinif
Dərslikdə 1.1.3. (Verilmiş mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməmişdir və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.
5-ci sinif
Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.
6-cı sinif
Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməmiş, MMV-də müəllimlərə nümunə kimi göstərilməmişdir. Hər dərsin əvvəlində “Listening-speaking”, “Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.
7-ci sinif
Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmamışdır. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilmişdir (səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən “Qulaq as” və “Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. (“Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. (“Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.
8-ci sinif
Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) “Listen” başlıqlı tapşırığa rast gəlinir.
9-cu sinif və 10 və 11-ci siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalniz uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki, bu sinif dərsliklərində də 1.1 dinləyib anlama standartı tamamilə reallaşmayıb, çünki Listening aparmaq üçün disk yoxdur, eyni zamanda Listening başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır çünki dinləyib anlama zamanı şagird mətni görməməli yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə, bu, oxu materialıdır.
Ümumiyyətlə, yuxarıda sadalanan butun siniflər üzrə heç bir sinif dərsliyində dinləyib anlama tam yerinə yetirilməmişdir və audio vəsait nəzərdə tutulmamışdır.
Müzakirələrdən bəzi çıxışlar:
https://youtu.be/K-Q-gfiaxE0
https://youtu.be/XJsoRNj3pDw
https://youtu.be/FcdLJswEiZA
https://youtu.be/HS1ufWDQXqw
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:49
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
Bu gün, 17:42
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 17:19
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
Bu gün, 15:49
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
Bu gün, 14:50
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
Bu gün, 12:41
Sabah bəzi ərazilərə yağış yağacaq
Bu gün, 12:39
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
Bu gün, 09:44
19 yaşlı qızın intiharı: “Gəlinliyə görə oğlan evi dava saldı, dedilər, açıq-saçıqdır”
Bu gün, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
Dünən, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
Dünən, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
Dünən, 17:11
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
Dünən, 16:23
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
Dünən, 12:48
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
Dünən, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
20-10-2025, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
20-10-2025, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
20-10-2025, 14:42
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
20-10-2025, 12:37
Sabahın hava proqnozu açıqlanıb
20-10-2025, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
20-10-2025, 11:21
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
20-10-2025, 10:46
Su anbarında meyit tapılıb
20-10-2025, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
20-10-2025, 09:20
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib