Əmək müqavilələrinə xitam verilən müəllimlərlə bağlı komissiya yaradılıb
Tarix: 04-09-2023 15:01 | Bölmə: Cəmiyyət
Əmək müqavilələrinə xitam verilən müəllimlərlə bağlı komissiya yaradılıb

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqavilələrinə xitam verilən müəllimlərlə lə işin təşkili məqsədilə təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yaylb.

Bildirilib ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb.

Xatırladaq ki, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb