QHT yeni layihənin icrasına başlayır
Tarix: 05-07-2023 18:18 | Bölmə: Cəmiyyət
QHT yeni layihənin icrasına başlayır

“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 Iyul 2023-cü il tarixindən “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” layihəsinin icrasına start verib.

Layihə rəhbəri Nuranə Abdullayeva deyib ki, layihə 3 ay müddətində (01 iyul-01 oktyabr 2023-cü il) icra olunacaq. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişafetdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.

Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.

Layihə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüsdür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər