14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Jurnalist Nərgiz Absalamova həbs edilib - Yenilənib
Tarix: 01-12-2023 14:13 | Bölmə: Cəmiyyət
Jurnalist Nərgiz Absalamova həbs edilib

“AbzasMedia” xəbər portalının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

Reyting.az
Bakupost.az-a istinadla xəbər verir ki, bu gün BŞBPİ-nə yenidən dindirilməк üçün çağırılan jurnalist Nərgiz Absalamova orada həbs edilib.

O, “AbzasMedia”nın işində həbs olunanlarla bərabər qaçaqmalçılıqda ittiham edilir.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamova həbs olunub.

Reyting.az
xəbər verir ki, Xətai Rayon Məhkəməsində, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}