23:54 / 20-05-2024
Masallı sakini güllələnib
24 yaşlı oğlan Milad bayramını tək keçirməmək üçün həbs olunmasını xahiş edir
Tarix: 25-12-2023 15:14 | Bölmə: Cəmiyyət
24 yaşlı oğlan Milad bayramını tək keçirməmək üçün həbs olunmasını xahiş edir

İtaliyanın Frozinone şəhərində ev dustağı olan oğlan Milad bayramını tək keçirməmək üçün həbsxananın önünə gələrək həbs edilməsini istəyib.

Reyting.az
İtaliya mətbuatına istinadla bildirir ki, 24 yaşlı Mario kiçik cinayətlərə görə mühakimə olunub. O, Milad ərəfəsində məhkəmə nəzarətinə və öz vəkilinə xəbər vermədən San Domeniko həbsxanasının qapısına gələrək həbs olunmasını, cəzasının qalan hissəsini digər məhbuslarla birlikdə keçirməyə köməklik göstərmələrini xahiş edib.

“Mən evdə təkəm, ona görə də Milad bayramını burada keçirməyə üstünlük verirəm”,- Mario deyib.

Həbsxana polisi isə hərbi patrul çağırıb və Mario ev dustaqlığına qaytarılıb.

Məlumata görə, yaxın günlərdə müstəntiqlər oğlanı dinləməli, hərəkətinin səbəblərini izah etməyə imkan verməlidirlər. O isə növbəti dəfə kameraya salınmasını xahiş etməyi planlaşdırır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}