20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Tərtər işi”nə görə daxili işlər nazirinə müraciət olunub
Tarix: 26-12-2023 13:43 | Bölmə: Cəmiyyət
“Tərtər işi”nə görə daxili işlər nazirinə müraciət olunub

Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştrak etmədiyi bildirilib. Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.

Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştrak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədi ilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasının nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər