20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İnfeksionist: “COVID-19 virusunun yeni ştamı yüksək yoluxma qabiliyyətinə malikdir”
Tarix: 26-12-2023 14:08 | Bölmə: Cəmiyyət
İnfeksionist: “COVID-19 virusunun yeni ştamı yüksək yoluxma qabiliyyətinə malikdir”

Həkim-infeksionist Mərdan Əliyev COVID-19 virusunun yeni ştamının yüksək yoluxma qabiliyyətinə malik olduğunu bildirib.

O, “Report”a açıqlamasında deyib ki, son vaxtlar COVID-19 virusunun yeni ştamları yaranıb: “Bu virus yeni ştamların yaranmasına daha çox meyillidir. Son vaxtlar da mutasiyaya uğrayaraq yeni variantları meydana çıxıb. Bu cür infeksiyalara yoluxma payız-qış aylarında daha da artır, yaz-yay aylarında isə yoluxma qabiliyyəti azalır".

M.Əliyev bundan sonra da payız-qış aylarında yoluxmanın artacağını vurğulayıb: "Virusun yeni JN.1 ştamı da yüksək yoluxma qabiliyyətinə malikdir. Ştamın tam xüsusiyyəti bəlli deyil, lakin ishalın digər viruslara nisbətən daha çox olduğu bildirilir. Ştamın sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkib”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də COVID-19-un JN.1 variantına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.

ÜST JN.1 ştamının dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər