Kosmosa nüvə bombası atmaq istəyirlər
Tarix: 26-12-2023 15:42 | Bölmə: Cəmiyyət
Kosmosa nüvə bombası atmaq istəyirlər

Kosmosda müxtəlif ölçülü qaya və metallardan ibarət milyonlarla asteroid var.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Lourens Livermor Milli Laboratoriyasının mütəxəssisləri gələcəkdə asteroidlərin Yerə dəyməsinin qarşısını almaq üçün kosmosa nüvə bombası atmaq üzərində işləyirlər.

Bildirilir ki, tədqiqatçılar NASA-nın 2022-ci ildə bir asteroidi uğurla idarə etdiyi DART adlı araşdırmadan sonra modelləşdirmə aləti hazırlayıblar.

Mütəxəssislərdən ibarət komandaya rəhbərlik edən Meri Burkey deyib ki, inkişaf etdirilən modeldə kosmosa nüvə bombası ataraq, Yerə doğru gələn asteroidin planetimizə dəyməsinin qarşısını necə alamağı araşdırırlar.

Burkey nüvə bombasının NASA-nın DART-da istifadə etdiyi kinetik təsiredicidən daha yüksək enerjiyə malik olduğunu və bu gücün asteroidləri Yerdən kənara itələyə biləcəyinə inandığını qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}