Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayanlar tutulub
Tarix: 03-01-2024 10:58 | Bölmə: Cəmiyyət
Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayanlar tutulub

Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}