Silahlı şəxs banka hücum edib - Foto
Tarix: 04-01-2024 17:40 | Bölmə: Cəmiyyət
Silahlı şəxs banka hücum edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində silahlı şəxs TBC Bankın filialına basqın edərək pul tələb edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Gürcüstanın Birinci Kanalına hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, bank işçisi həyəcan siqnalını işə sala bilib. Axşam saatlarında silahlı şəxs Tbilisinin Tsintsadze küçəsində yerləşən TBC Bank filialına basqın edib. Hücum nəticəsində xəsarət alan olmayıb və hücumçu bankdan pul götürə bilməyib.

“Georgia News” portalının məlumatına görə, hücum edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, 1984-cü il təvəllüdlü G.Q. O, quldurluq və qanunsuz odlu silah saxlamaq və gəzdirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxsi 7 ilə qədər həbs gözləyir.






Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}