Norveçdə son 25 ilin ən soyuq gecəsi olub - Foto
Tarix: 06-01-2024 10:41 | Bölmə: Cəmiyyət
Norveçdə son 25 ilin ən soyuq gecəsi olub

Şimal Qütb Dairəsindəki Kautokeinoda - Norveçdə son 25 ilin ən soyuq temperaturu cümə gecəsi mənfi 43,5 dərəcə Selsi ilə qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Norveçin Meteorologiya İnstitutu (NTB) məlumat yayıb.

İsveçdə də rekord həddə soyuq qeydə alınıb.

İsveç Meteorologiya İnstitutunun məlumatına görə, İsveçin şimalındakı Naimakka meteoroloji stansiyasında ölçülən mənfi 43,8 dərəcə ilə cümə axşamı gecəsi 1999-cu ildən bəri ən soyuq yanvar gecəsi yaşanıb.

Sahibkar Maykl Ballas bildirib ki, çox soyuqdur, çöldə olmaq mümkün deyil:

“Çox gözəl geyinməli, üzünü, barmaqlarını və ayaq barmaqlarını yaxşı örtməlisən”.

Turizm biznesi ilə məşğul olan Ballas, xarici qonaqları üçün yeni nəsə fikirləşməli olduğunu deyib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}