Bakıda avtomobil yandıran şəxs saxlanılıb
Tarix: 07-01-2024 11:12 | Bölmə: Cəmiyyət
Bakıda avtomobil yandıran şəxs saxlanılıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb.

Reyting.az
 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}