Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq
Tarix: 07-01-2024 12:21 | Bölmə: Cəmiyyət
Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Reyting.az-a bildirilib ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu Torpaq çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda Yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}