20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə şahidlər dindirilib
Tarix: 15-02-2024 17:35 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmətin sabiq rəisinin cinayət işi üzrə şahidlər dindirilib

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. İclasda şahidlər dindirilib. Onlar işə düzəlmək üçün Penitensiar Xidmətə rüşvət verdiklərini bildiriblər.

Məhkəmə 29 fevral 2024-cü il tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər