“Üzən həbsxana” Qəzzaya doğru hərəkət edir
Tarix: 19-02-2024 10:31 | Bölmə: Cəmiyyət
“Üzən həbsxana” Qəzzaya doğru hərəkət edir

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bataan” amfibiya hücum gəmisi Şərqi Aralıq dənizində istiqamətini dəyişərək İsrailə yön alıb.

Reyting.az
xəbər verir ki, Cənubi Kiprə çatan gəmi təchizat üçün Larnaka limanında dayanıb.

2500 dəniz piyadası, təyyarə və helikopter, raket batareyaları olan gəminin 600 çarpayılıq xəstəxanası da var. Gəmi əvvəllər terrorçuların həbsxanası kimi də istifadə olunub.

Admiral Pol Bukhartın komandanlığı altında olan gəminin bir qrup mülki şəxsi İsraildən təxliyə edəcəyi bildirilir.

Qeyd edək ki, gəmidən 2020-ci ildə İran İnqilab Keşikçiləri Ordusunun komandanı general-mayor Qasım Süleymaninin öldürüldüyü əməliyyatda da istifadə olunub.

“Bataan” gəmisi bir müddət əvvəl Sakit okeandakı vəzifəsini tamamlayaraq Aralıq dənizinə hərəkət etmişdi.

Xatırladaq ki, amfibiya hücumlarında və xüsusi təyinatlı əməliyyatlarda istifadə edilən gəmi 11 sentyabr hadisələrindən sonra xəstəxana kimi fəaliyyət göstərib. O, həmçinin “Katrina qasırğası” zamanı Yeni Orleandan 1600 nəfərin təxliyəsinə kömək edib.

İngiltərədə yerləşən insan haqları təşkilatı Reprieve tərəfindən hazırlanan hesabatda “USS Bataan” gəmisinin terrorda şübhəli bilinən şəxslər üçün həbsxana kimi istifadə edildiyini iddia edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}