20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputatdan qəribə açıqlama: "Bələdiyyələr məhkəmələr qarşısına gedir, hörmətdən düşürlər"
Tarix: 19-02-2024 13:09 | Bölmə: Cəmiyyət
Deputatdan qəribə açıqlama: "Bələdiyyələr məhkəmələr qarşısına gedir, hörmətdən düşürlər"

"Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil".

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Hardasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır deyə buna bələdiyyə cavab verməlidir. Bundan başqa, haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnməlidir. Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmələr qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”(Report).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər