20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hərbi jurnalist Moskvada saxlanılıb
Tarix: 19-02-2024 17:28 | Bölmə: Cəmiyyət
Hərbi jurnalist Moskvada saxlanılıb

Rusiyalı hərbi müxbir və “RİA Novosti”-nin jurnalisti Andrey Kots Moskvada saxlanılıb.

Reyting.az
-ın xəbərinə görə, həbs fevralın 10-da baş verib.

Polis Dekabristov küçəsində jurnalisti saxlayıb və onun əsəbi olduğunu görüb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Kotsun üzərində axtarış aparıb və hansısa maddə olan bağlama aşkar ediblər. Sonradan ekspertiza onun iki qram marixuana olduğunu göstərib.

Kots marixuananı aldığını etiraf edib. İndi təhlükəsizlik qüvvələri qadağan olunmuş maddəni satan şəxsi axtarır və ona qarşı narkotik alveri maddəsi ilə iş qaldırmağı planlaşdırır. Eyni zamanda hərbi müxbir onun saxlanması ilə bağlı “Baza”ya şərh verməkdən imtina edib. “Başa düşmürəm ki, bu məlumatı haradan almısınız, şərh verməyəcəyəm”.

Jurnalistin qardaşı, “Komsomolskaya Pravda”da işləyən Rusiyanın tanınmış hərbi müxbiri Aleksandr Kots müvafiq məlumatı olmadığı üçün məsələyə şərh verməyib: “Mən heç nə bilmirəm, mən hazırda Avdeevkadayam”.

Andrey Kots iş materiallarını topladıqdan sonra sərbəst buraxılıb. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələrin qanunsuz əldə edilməsi 228-ci maddə ilə tənzimlənir. Bununla belə, jurnalistin üzərindən cəmi iki qram maddə aşkar edildiyi üçün cinayət cəzasından yayına bilər. Şübhəli şəxsin üzərində xeyli miqdarda, yəni altı qramdan artıq maddə aşkar edildikdə azadlıqdan məhrum etmə, cərimə və ya islah işləri nəzərdə tutulur. Belə olan halda satıcıya qarşı iş açmağa hazırlaşırlar.

ELÇİN





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər