12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb
Tarix: 20-02-2024 15:13 | Bölmə: Cəmiyyət
Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Məlumata görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb