Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb - Vəkil
Tarix: 21-02-2024 11:24 | Bölmə: Cəmiyyət
Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb.

Reyting.az
xəbər verir ki, bunu APA-ya Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

Vəkil Kamil Zeynallının Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.

Qeyd edək ki, fitnes məşqçisi K. Zeynallı Rusiyanın Domodedovo şəhər aeroportunda polislər tərəfindən saxlanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}