Kamil Zeynallı Bakıya dönüb: “Vətənə qayıtmağa heç ümidim yox idi”
Tarix: 22-02-2024 09:59 | Bölmə: Cəmiyyət
Kamil Zeynallı Bakıya dönüb: “Vətənə qayıtmağa heç ümidim yox idi”

Moskvada saxlanılan və daha sonra sərbəst buraxılan Kamil Zeynallı Bakıya qayıdıb.

Reyting.az
xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

O, hava limanınd ajurnalistlərə deyib: "Vətənə qayıtmağa heç ümidim yox idi. Məni MDB ölkələri üzrə axtarışa veriblər və bu quruma üzv dövlətlərə gedə bilmərəm. Azərbaycan Prezidenti İlham Əliyevə köməyə görə təşəkkür edirəm, Heydər Əliyev Fonduna, Prezidentin köməkçisi Anar Ələkbərova minnətdaram. Ailəmlə mütəmadi əlaqə saxlanılırdı. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və səfir Polad Bülbüloğlu başda olmaqla Rusiyadakı səfirliyimizin bütün işçilərinə təşəkkür edirəm. Onlar səhərə kimi yatmayıblar”.

Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}