20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baydenin iti prezidentin mühafizəçilərini ən azı 24 dəfə dişləyib
Tarix: 22-02-2024 14:34 | Bölmə: Cəmiyyət
Baydenin iti prezidentin mühafizəçilərini ən azı 24 dəfə dişləyib

ABŞ prezidenti Co Baydenin Komandir adlı itinin prezidentin cangüdənlərini ən azı 24 dəfə dişlədiyi məlum olub.

Reyting.az
xəbər verir ki, ABŞ-ın yüksək rütbəli məmurlarının mühafizəsini öz üzərinə götürən Məxfi Xidmətin qeydləri alman çoban “Komandiri”nin prezidentin mühafizəçilərinə yaratdığı problemlərin miqyasını göstərib.

Yüksək səviyyəli agent deyib ki, Məxfi Xidmət “Komandir”ə görə taktikanı dəyişib və agentlərinə itdən “uzaq durmağı” tövsiyə edib.

Xəbərdarlıq “Komandir”in Ağ evdən uzaqlaşdırılmasından bir neçə ay əvvələ təsadüf edir.

“İnformasiya əldə etmək haqqında” qanunla verilən sorğu əsasında açıqlanan sənədlər internetdə paylaşılıb. Sənədlərə görə, 2022-ci ilin oktyabrından 2023-cü ilin iyuluna qədər “Komandir” ən azı 24 dişləmə hadisəsində iştirak edib. Agentlərin biləklərindən, qollarından, dirsəklərindən, bellərindən, döşlərindən və çiyinlərindən dişləndiyi görülür.

Sənədlər yalnız Məxfi Xidmət agentlərinin başına gələnləri göstərdiyinə görə, Ağ evin və ya Baydenin iti ilə bağlı potensial dişləmə hadisələri bunlara daxil edilmir.

İt əvvəllər agentin qolunu dişləmişdi və agentə tikiş vurulmalı idi.

Sənədə əsasən, Ağ evin şərq tərəfinə səfərlər yerdəki qanlar səbəbindən 20 dəqiqəlik dayandırılıb.

V. QULİYEV






Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər