13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Dağlıq və dağətəyi rayonlara qar yağacaq - Proqnoz
Tarix: 23-02-2024 12:26 | Bölmə: Cəmiyyət
Dağlıq və dağətəyi rayonlara qar yağacaq

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-nə gözlənilən hava proqnozuna görə, temperatur gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}