20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Naxçıvanda sosial şəbəkədə saxta profillər açaraq pul tələb edən şəxs həbs olunub
Tarix: 24-02-2024 10:38 | Bölmə: Cəmiyyət
Naxçıvanda sosial şəbəkədə saxta profillər açaraq pul tələb edən şəxs həbs olunub

Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər