Minik avtomobili çaya aşıb, ölən və yaralananlar var - Video
Tarix: 25-02-2024 16:09 | Bölmə: Cəmiyyət
Minik avtomobili çaya aşıb, ölən və yaralananlar var

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov həyatını itirib. Sürücü və digər sərnişin, Lerik rayon sakini R. Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}