20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət Məşğulluq Agentliyi məhkəməyə verilib
Tarix: 26-02-2024 13:32 | Bölmə: Cəmiyyət
Dövlət Məşğulluq Agentliyi məhkəməyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi məhkəməyə verilib.

Məlumata görə, Agentliyin keçmiş işçisi Məhərrəmov Nəcəf Fərhad oğlu Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib.

O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.

N.Məhərrəmov Dövlət Agentliyi tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir. Bakı İnzibati Məhkəməsində müvafiq qərar çıxarılıb. Lakin N.Məhərrəmov həmin qərardan narazı qalıb və apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, Dövlət Agentliyi keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq.

Qeyd edək ki, Məhərrəmov Nəcəf Fərhad oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin müdiri olub(İqtisadiyyat)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər