16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib
Tarix: 27-02-2024 16:23 | Bölmə: Cəmiyyət
Paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

Reyting.az
xəbər verir ki, tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər