14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bakı sakini 12 kq narkotiklə saxlanılıb
Tarix: 29-02-2024 09:09 | Bölmə: Cəmiyyət
Bakı sakini 12 kq narkotiklə saxlanılıb

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}