20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Penitensiar Xidmətinin sabiq rəisinin vəsatəti təmin edilməyib
Tarix: 29-02-2024 13:33 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmətinin sabiq rəisinin vəsatəti təmin edilməyib

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb.

İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb.

Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.

Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər