16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lənkəranda qəza: ölən və yaralananlar var - Yenilənib
Tarix: 29-02-2024 23:20 | Bölmə: Cəmiyyət
Lənkəranda qəza: ölən və yaralananlar var

Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında rayonun Xanbulan kəndindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(Report).

***

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.


Məlumata görə, qəzada sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev ölüb.

Yaralılar isə Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanovdur.

Ü.Əzizlinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}