23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Elmlər doktoru nazirə sərt cavab verib: "Yaşlı alimlər həqiqətən alimdir, yoxsa “alverçi?"
Tarix: 01-03-2024 12:57 | Bölmə: Cəmiyyət

“Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir”.
Reyting.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, “Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik”.
Emin Əmrullayev vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib. Hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik”.
Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır: “Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun”.
Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb: “Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır”.
Qeyd edək ki, son vaxtlar bəzi alimlər həllini gözləyən, o cümlədən, əməkhaqqının artırılması, mənzil verilməsi və s. kimi bir sıra problemlərin olmasından şikayətlənirlər. Bir qrup ictimaiyyət nümayəndələri isə son illər bəzi alimlərin fəaliyyətinin zəiflədiyi fikrindədirlər.
Gənc alimlərin evlə təmin edilməkdənsə, yüksək maaş verilməsi onların iş qabiliyyətini artıracaqmı?
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin gənc alimlərlə bağlı səsləndirdiyi fikirlər əslində doğrudur:
“Ancaq məsələnin kökünə getdikdə yaşlı alimləri də nəzərə almaq lazımdır. Belə ki, yaşlı alim həqiqətən alimdir, yoxsa “alverçidir”? Mən institutda çalışıram və hər gün bu mənzərə ilə rastlaşıram. Yəni alimlərin xarakteri, keyfiyyəti ilə bağlı kifayət qədər məlumatım var.
Bu gün gənc alimi təəssüflər olsun ki, o qoca alim yetişdirir. Onlar rüşvətxor, fırıldaqçı, aldadan, saxta dissertasiyalar yazan, onları antimilli ruhda yönləndirən qoca alimlərdir. Mən onların şahidiyəm. Elm və təhsil naziri gənc alimlərin önə çəkilməsini, onlara vəzifə və səlahiyyətlər verilməsini təklif edir. Deyərdim ki, onlara vəzifə verməzdən əvvəl milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə verilməlidir.
Məsələn, AMEA-da bir neçə şöbə müdiri, professor var ki, elementar dövlətçilik düşüncəsi yoxdur. Onlar düşünür ki, tərif deyəndə dövlətçi olursan. Ardınca da antikonstitusion işlər görürlər. Məhz onlar Elmi-tətqiqat institutlarını “bazara” çevirir, orada “alver” gedir. Bu gün diqqət yetirdikdə görürük ki, nə qədər alim “istehsal” olunub.
Hara baxırsan fəlsəfə doktorudur. Ancaq işləri sıfır səviyyəsindədir. Bu, iş deyil, bütövlükdə elmə təhqirdir. Onlar gəlir, diplom verilir, cəmiyyətə ötürülür. Nazir bunlardan xəbərsizdirmi? Məncə xəbərsiz deyil. İlk növbədə bu prosesin qarşısı alınmalıdır və sonra biz düşünməliyik ki, gənci irəli çəkək, yer verək.
Əsas qayə ondan ibarət olmalıdır ki, düzgün yol seçək. Düzgün yol üçün də tədbirlər ilk növbədə bu istiqamətdə aparılmalıdır. Yəni neçə rüşvətxor alim, neçə rüşvətxor professor, şöbə müdiri, rektor, prorektor, dekan zərərsizləşdirilib, fərqi yoxdur, neçəsinə töhmət verilib. Əgər belə hallar yoxdursa, nazirin verdiyi təkliflər yalnız havadan asılı vəziyyətdə qalacaq”.
Mənzil probleminə gəldikdə isə, alim deyir ki, kifayət qədər odekvat məvacib olsa, həqiqətən alim olan, gənc və ya qoca olmasından asılı olmayaraq özünün mənzil problemini həll edə bilər:
“Nazir bu təklifi verəndə o reallığı da nəzərə almalıdır ki, hansı alimlərin maaşı artmalıdır. Bir çox alimlər maaşlarının artmasını istəmirlər. Çünki maaş qalxıb 2 min manat olsa, rüşvətxor alim ayda 5-10 min manatı əyri yollarla qazanır və maaş artarsa, ilk növbədə o əyri yolun qarşısı alınmalıdır. Əks təqdirdə maaşın artmasının heç bir faydası yoxdur.
Məsələn, professor var ki, pensiyaya çıxsa indi aldığı maaşdan çox pensiya alacaq. Ancaq o pensiyaya çıxmır. Çünki başqa maliyyə maraqları var. Dissertantlar, doktorantlar, tələbələr, magistrantlar var. Mənim 55 yaşım olsa da, hələ də evsizəm, heç kirayə haqqını verə bilmirəm.Artıq burada maaşdan danışmaq yersizdir.
Gerçək alimlər az da olsa var, çox deyil. Ümumi prinsip ondan ibarətdir ki, elm və təhsil müəssisələrində ilk növbədə rüşvət aradan qalxmalıdır. Maaşın artırılması ilə rüşvət qaldırıla bilməz. Çünki dövlət büdcəsi maaşların o səviyyədə qalxmasına imkan vermir. Bir ilin içində 700 manat alan bir şöbə müdirinin maaşı artaraq 1700 manat olması ağlasığmazdır. Ancaq elm və təhsil müəssisələrində “alverin”qarşısı müəyyyən qədər alına bilər.
Necə olur ki, 700 manat maaşla bir professor, şöbə müdiri, dosent bir neçə evə sahib olur, avtomobilə, lüks həyata malik ola bilir? Bunun mənbəyi araşdıdlmayınca düzəlməyəcək.
Təkliflər də havadan asılı vəziyyətdə qalacaq. Nazir bu kimi məsələləri qaldırsa, daha təsirli, dövlətimizə xeyirli olar. Yığıncaqda bu çıxışlar formal xarakter daşıyır, ortada təklif olaraq qalacaq”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib