Kosmosa yaşayış üçün əlverişli kapsul göndərəcəklər - Foto
Tarix: 04-03-2024 09:18 | Bölmə: Cəmiyyət
Kosmosa yaşayış üçün əlverişli kapsul göndərəcəklər

Hindistan keçən ilin avqust ayında Ayın cənub qütbünə kosmik gəmi endirən ilk ölkə olduqdan sonra daha 4 astronavt göndərəcəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya, ABŞ və Çindən sonra Aya pilotsuz nəqliyyat vasitəsi endirən 4-cü ölkə olan Hindistan, “Qaqanyan” və ya “Skycraft” adlı yaşayış üçün əlverişli kapsulunu gələn il Yer orbitinə çıxaracaq. Bununla da, Hindistan kosmosa ekipajlı missiya göndərən 4-cü ölkə olacaq. Yalnız ABŞ, Rusiya və Çinin kosmosa öz ekipajlı missiyalarını göndərdiyi məlum olsa da, Hindistan hamısı hava qüvvələri zabiti olan 4 astronavt namizədini açıqlayıb.



Hindistanın baş naziri Narendra Modi bildirib ki, “Qaqanyan” kosmik kapsul onun ölkəsi üçün “tarixi” uğurdur.

“Onlar sadəcə, dörd ad deyil, 1,4 milyard hindlinin istəklərini kosmosa daşıyan dörd “şakti”dir (Hindu güc ilahələri-red.),” - Modi deyib.

Baş nazir əlavə edib ki, Hindistan üçün ilk olan “Qaqanyan” 1 milyard dollara istehsal edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}