23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Ev tikdirənlər, divar hördürənlər azalıb - Usta
Tarix: 04-03-2024 12:24 | Bölmə: Cəmiyyət

Vidadi Bakıda doğulub. Maraqlı adamdı, qorxmazdı, cəsarətlidi, kişi sözü qanandı, həm də çox mehriban və gülərüzdü. Məhəllədə demək olar ki, hamı onu tanıyır, hər kəs bu adama hörmət edir, çünki işə yarayandı, üstəlik də hamıyla dil tapmağı bacarır, dili söz tutmasa da.
Heç kimin ona yazığı gəlmir, çünki Vidadiyə lal, qüsurlu adam kimi yanaşmaq, bu oğlanın dərdinə yanmaq bir kimsənin ağlına gəlmir. İşləyir, qazanır, məclislərdən qalmır, əylənir, gəzir, bir sözlə, normal həyat yaşamaqdan ötrü əlindən gələni edir, ailəsini dolandırır, uşaq oxudur. Hamımızın tanıdığı lal Vidadi. Yeganə şakəri isə ancaq dominodu. Yaxşı domino oynamağı var, amma tərəfdaşı zəif oynayıb onun kombinasiyasını, gedişlərini başa düşməyəndə, səhv daş düzəndə dözə bilmir, tez özündən çıxır. Belə olanda bəzən ruhdan düşür, hərdən oyun masasından yarımçıq durmağı da var.
Şər çağı, küçədə, Günəşli qəsəbəsində, avtobusların durduğu sonuncu dayanacaqda görüşdük. Vaxtımız boşa getməsin deyə tez mövzuya keçdim, çətinliklə olsa da məqsədimi ona anlatdım. Öncə dodaq büzdü, tərəddüd elədi, amma çətinliklə olsa da sonda inadını qıra bildim.
Həmsöhbətim hələ də sakitləşmək bilmirdi, dönə-dönə soruşurdu:
"Görəsən, bunları yazmaq, mənim kimi bir lal adamla söhbət eləmək sənin nəyinə lazımdı? Qazi deyiləm, böyük bir xidmətim yox, məhşurluğum da yox... Nəyə görə mən?".
Səbirlə anlatmağa çalışdım, insafən məni başa düşdü. Arxayın olandan sonra mənə işarə elədi, yəni "Sən başla, hazıram". Elə mən də.
Vidadi laldı. Sözsüz ki, çətin idi, axı tanış olsa da anadangəlmə dil qüsuru olan birisi ilə ünsiyyət qurub onu danışdırmaq, müsahibə almaq elə də asan deyildi. Və yenə də köməyimizə müasir texnologiya, mobil telefon yetişdi. Bizə "tərcüməçi" lazım olmadı.
- Vidadi, harada yaşayırsan?
- 1980-cı ilin 20 dekabrında Bakı şəhərində doğulmuşam. Xətai rayonunda yaşayıram, Günəşlidə.
- Görürəm, bu gün əhvalın yaxşıdı. İşlərin necə gedir?
- Belə yaxşıyam e, amma bekaram. Daimi iş yeri yox, usta sifarişi də yox. Ev tikdirənlər, divar hördürənlər deyəsən azalıb (gülür).
- Ailəlisən?
- Hə. Bir oğlum var. Tələbədir, yaxşı oğlandı (gözləri sevincdən parıldayır, telefonunu qurdalayıb oğlunun şəklini göstərir) universitetdə oxuyur, 4-cü kursda. Bax ha, yenə yadımdan çıxdı e (əl jestləri) oğlumun təhsil aldığı ali məktəbin adını inan ki, hər gün min kərə yanımda söyləyirlər, amma nə fayda, yenə də unuduram (həmsöhbətim yumruğunu sıxa-sıxa başını bulayıb gözaltı məni süzür, utancaq tövrlə gülür).
- Sakit ol, eybi yox. Niyə əsəbiləşirsən ki?..
- Yox, vallah əsəbi deyiləm (əl jestləri ilə and-aman eləyir). Mən mehriban adamam (gülür).
- Daha çox hansı işlərlə məşğul olmağı sevirsən, əyləncələrin varmı?
- Tikinti işləri ilə. Divar hörməyi, naxış vurub kərpic düzməyi. Öz iş üslubum, vurduğum elə qəşəng naxışlar var. Ən çox xoşladığım iş... Mən daha çox xarici və daxili fasadlarla, həm də dekorativ kərpiclərlə işləyirəm. Özüm də zövq alıram, indi göstərərəm. Bir dəqiqə dayan... (Əli ilə "dur" işarəsi verir və tez mobil telefonunu açır, mənə işlərini əks etdirən fotoları, videolar fəxrlə göstərir).
Sualımı təkrar edəndə isə bildirir ki, bir də domino oynamağı sevir. (növbəti jestini işə salır. Sanki domino daşlarını qarışdırır əli ilə və həvəslə mənə işarə verir, ancaq onun bu "Gedək oynayaq" təklifinə "Yox" deyirəm)
- Allaha inanırsan?
- Əlbəttə ki, inanıram. (Əllərini göyə uzadır)
- Allahla səsli danışmaq istəyərdin?
- Əstəğfürullah! (şəhadət barmağı ilə öncə göyə işarə edib sonra əlini ürəyinin üstünə qoyur). Allah məni səssiz də eşidir.
- Dostların çoxdurmu?
- Çox. O qədər dostlarım var ki... Amma hər adama inanmaq olmur (dodağını büzür).
- Vidadi, yadımdadı, 44 günlük müharibədə sən cəbhədən gələn hər xoş xəbərə necə də sevinirdin... Qarı düşməni məğlub eləyib ermənilər üzərində qələbə qazanan xalqa, Qarabağı işğaldan azad edən vətənimiz Azərbaycana, bu ölkəyə, bu millətə nə arzu edərdin?
- Həmişə qüdrətli olsun. Biz qalib gəlmişik axı. (Barmağının işarəsi ilə "əla" göstərib gülə-gülə sağ əlini sinəsinə qoyur). Hə, bir də haqsızlıq olmasın.
- Başqa sözün var?
- Qardaş, dedim də. Hamılıqla dürüst və ədalətli olaq, camaat bir-birinə mehriban olsun. Daha nə deyim...
Birdən qaş-qabağını töküb süstlük jestiylə məni xəbərdar edir: "Yoruldum, bəs deyil?.."
- Yaxşı, Vidadi, bitdi. Söhbətə görə sağ ol. Hə, səndən bir xahişim də var.
Təəccüblü nəzərlərlə mənə baxır, Sualını yazır:
"Xahiş?! De, görüm..."
Söhbətdən öncə soruşmuşdum, ancaq tez əlini yelləmişdi, buna icazə verməyəcəyinə qətiyyətlə işarə etmişdi, amma "bəlkə razı oldu" ümidi ilə bir də ağzını aramaq, onu sınamaq istədim. Yenə soruşuram:
- Vidadi, olar şəklini çəkim?
Qəti jestlə etiraz edir, yəni "Yox! Yox! Bax, çəkmə ha!". Şirin dillə həmsöhbətimi yola gətirmək istədim, ancaq səbrli adam olsa da yavaş-yavaş əsəbiləşdiyini görüb tez fikrimdən daşındım. Beləcə, söhbətə son verib sağollaşırıq. Azca gedib sonra geriyə, ondan ayrıldığım yerə boylanıram, yenə tək deyil, özünə tanış həmsöhbət tapıb. Vidadi köhnə qonşusuyla əlini-qolunu ölçə-ölçə nəsə danışır. Əl jestləriylə fikrini anlatmağa çalışır, hər kəslə ünsiyyət qurmağı bacaran, deyib-gülən, mehriban adamdı Vidadi. Elə hey nəyisə sübut etməyə çalışır. Mübahisə etmir, danışır...
Oqtay QORÇU
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib