Bakının mərkəzində zibili niyə yandırırlar? - Video
Tarix: 04-03-2024 13:26 | Bölmə: Cəmiyyət
Bakının mərkəzində zibili niyə yandırırlar? - Video

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Yəqin bilməmiş deyilsiniz, COP29 iqlim fəaliyyətini sürətləndirməyə, yaxşılaşdırmağa hesablanmış bir layihədir ki, məramı olduqca mühümdür.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, bu mühümlüyün nə qədər ciddi olduğunu qəbul edən ölkəmiz BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-a xüsusi həssaslıqla hazırlaşır.

Amma Nəsimi rayon MKİS “sağ olsun”, bu hazırlığa əlindən gələn pisliyi əsirgəmir. Və ya bu hazırlığı “atəşfəşanlıqla” gözdən salır. Bu “atəşfəşanlığın” tüstüsü sabaha qalmayacaq, bu gün çıxıb. Həm də ərazidəki hər bir mənzildən çıxıb...

Səhərin gözü açılmamış göz çıxaranlar ərazidəki zibilləri yük maşınına yığıb aparmaqdansa, od vurub yandırıblar. Sabah COP29-dan bir nəfər gəlib şəhərin mərkəzindəki bu mənzərəni görsə, məşhur filmdə deyildiyi kimi deyəcək ki, “sizin EQALOGİYAnız budur”?





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}