Qarabağ zonasında 2019,8 hektar ərazi minadan təmizlənib
Tarix: 04-03-2024 13:54 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında 2019,8 hektar ərazi minadan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Reyting.az
ANAMA-ya istinadla bildirir ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 2019,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}